Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCANDA YENİ ÜRƏK ƏMƏLİYYATI

Leqal xəbər məlumat verir ki, Azərbaycanda ilk dəfə olaraq yeni nəsil tikişsiz (sutureless) aortal ürək qapağı implantasiyası uğurla həyata keçirilib. Əməliyyat Liv Bona Dea Hospitalda icra olunub və region üçün mühüm tibbi yenilik sayılır. Məlumata görə, 70 yaşlı və xroniki böyrək çatışmazlığı

18 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Azərbaycanda ilk dəfə olaraq yeni nəsil tikişsiz (sutureless) aortal ürək qapağı implantasiyası uğurla həyata keçirilib. Əməliyyat Liv Bona Dea Hospitalda icra olunub və region üçün mühüm tibbi yenilik sayılır.

Məlumata görə, 70 yaşlı və xroniki böyrək çatışmazlığı olan xəstədə eyni vaxtda həm aortal qapaq dəyişdirilib, həm də dörd damar üzrə aortokoronar şuntlama əməliyyatı aparılıb. Bu, yüksək riskli xəstələr üçün olduqca mürəkkəb, amma uğurlu nəticələnən müdaxilə hesab olunur. Hazırda xəstənin vəziyyətinin stabil olduğu bildirilir.

Tikişsiz qapaq texnologiyası əməliyyat müddətini qısaldır və bu da xüsusilə ağır vəziyyətdə olan xəstələr üçün riskləri azaldır. Eyni zamanda daha sürətli bərpa və effektiv nəticələr əldə etməyə imkan yaradır.

Əməliyyat ürək-damar cərrahları, kardioloqlar və digər mütəxəssislərdən ibarət geniş tibbi komanda tərəfindən həyata keçirilib. Bu yenilik həm ölkədə, həm də regionda müasir ürək cərrahiyyəsinin inkişafı baxımından vacib addım kimi qiymətləndirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin