Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCAN–ERMƏNİSTAN DƏMİR YOLU MƏHDUDİYYƏTLƏRİ ARADAN QALDIRILIR

Leqal xəbər məlumat verir ki, 2025-ci ilin payızından etibarən Azərbaycan Ermənistanla dəmir yolu tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır. Məlumata görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib. O qeyd edib ki, bu addım Cənubi Qafqaz

7 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, 2025-ci ilin payızından etibarən Azərbaycan Ermənistanla dəmir yolu tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır.

Məlumata görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib. O qeyd edib ki, bu addım Cənubi Qafqaz regionu üçün mühüm irəliləyiş hesab olunur. Təxminən 30 ildən sonra Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqələrinin bərpası gözlənilir.

Rubinyan həmçinin vurğulayıb ki, artıq iki ölkə arasında müəyyən iqtisadi əlaqələr yaranmağa başlayıb. Ermənistan Azərbaycandan neft məhsulları idxal edir və tərəflər arasında birbaşa ticarətin genişlənməsi istiqamətində müzakirələr aparılır.

Bununla yanaşı, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi də davam edir. İstanbul–İrəvan reysləri bərpa olunub və uçuşların artırılması planlaşdırılır. Həmçinin, iki ölkə arasında hava yük daşımaları qurulub və Ani körpüsünün bərpası ilə bağlı protokol imzalanıb.

Hazırda regionda nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi istiqamətində mühüm addımlar atılır.

Xəbəri paylaş Dostlarınıza göndərin