Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCANIN DÖVLƏT BORCU İLƏ BAĞLI YENİ STATİSTİKA AÇIQLANIB

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi 2026-cı ilin birinci yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleteni ictimaiyyətə təqdim edib. Məlumata görə, sənəd

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi 2026-cı ilin birinci yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleteni ictimaiyyətə təqdim edib.

Məlumata görə, sənəd dövlət borcu sahəsində şəffaflığın artırılması, bu istiqamətdə ictimaiyyətə təqdim olunan məlumatların əhatə dairəsinin genişləndirilməsi və rəsmi statistik göstəricilərə əlçatanlığın təmin olunması məqsədilə dərc edilib.

Bildirilib ki, Statistik Bülletendə Azərbaycanın dövlət borcu və dövlət zəmanətli öhdəlikləri ilə bağlı yenilənmiş rəsmi göstəricilər yer alır. Sənədlə Maliyyə Nazirliyinin rəsmi resursları vasitəsilə tanış olmaq mümkündür.

Xəbəri paylaş Dostlarınıza göndərin