Yeni xəbərlər burada görünəcək.

Azərbaycanlı iş adamı faciəvi şəkildə öldü

Gürcüstanın Marneuli-Ağbulaq avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun yerli sakinlər arasında "Mal bazarı" kimi tanınan hissəsində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol

5 baxış 3 dəq

Gürcüstanın Marneuli-Ağbulaq avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun yerli sakinlər arasında "Mal bazarı" kimi tanınan hissəsində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı dirəyə çırpılıb.

Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri alıb və hadisə yerində həyatını itirib.

Məlumata görə, qəza zamanı dünyasını dəyişən şəxsin bölgədə fəaliyyət göstərən məşhur restoranlardan birinin sahibi Namiq Qocayev olduğu bildirilir. Onun ölümü yaxınları və bölgə sakinləri tərəfindən dərin təəssüflə qarşılanıb.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qəzanın dəqiq şəraiti və digər təfərrüatlar araşdırmanın nəticələrindən sonra məlum olacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin