Yeni xəbərlər burada görünəcək.

Azərbaycanla sərhədə getdi

Leqal xəbər məlumat verirki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Kiomərs Heydəri ölkənin qərb və şimal-qərb sərhədlərinə səfər edib. İran mediasının məlumatına görə, komandan səfər zamanı sərhəd bölgələrində yerləşən hərbi bölmələrin hazırlıq səviyyəsini

6 baxış 3 dəq

Leqal xəbər məlumat verirki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Kiomərs Heydəri ölkənin qərb və şimal-qərb sərhədlərinə səfər edib. İran mediasının məlumatına görə, komandan səfər zamanı sərhəd bölgələrində yerləşən hərbi bölmələrin hazırlıq səviyyəsini yoxlayıb və mövcud vəziyyəti qiymətləndirib. Heydəri bildirib ki, quru qoşunları yüksək döyüş və mənəvi-psixoloji hazırlıq vəziyyətindədir və istənilən təhlükəyə dərhal reaksiya verməyə hazırdır. O, həmçinin sərhəd pozuntularına qarşı sərt və qətiyyətli cavab veriləcəyini, mümkün müdaxilələrə isə sürətli və “sarsıdıcı” reaksiya göstəriləcəyini vurğulayıb.
Qeyd edək ki, İran şimal-qərbdə Azərbaycan, Ermənistan və Türkiyə ilə həmsərhəddir.

Xəbəri paylaş Dostlarınıza göndərin