LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə"nin təsdiq edilməsi barədə Qanun imzalayıb.
Qanuna əsasən, Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri sahəsində hüquqi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan müqavilə rəsmi şəkildə təsdiqlənib.
Qeyd edək ki, sözügedən müqavilə 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanıb.![]()