Yeni xəbərlər burada görünəcək.

AZƏRBAYCANLI MƏŞHURUN NƏVƏSİNƏ MƏXSUS ƏMLAKA HƏBS QOYULDU

LEQAL XƏBƏR məlumat verir ki, məşhur şair Əliağa Kürçaylının nəvəsi Əliağa Ülfət oğlu Kürçaylıya məxsus “İnnovation Event” MMC-nin əmlakına həbs qoyulub. Məlumata görə, 2021-ci ildə “İnnovation Event” MMC-nin şirkətlərdən birinə yükdaşıma xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə üzrə borcu

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, məşhur şair Əliağa Kürçaylının nəvəsi Əliağa Ülfət oğlu Kürçaylıya məxsus “İnnovation Event” MMC-nin əmlakına həbs qoyulub.

Məlumata görə, 2021-ci ildə “İnnovation Event” MMC-nin şirkətlərdən birinə yükdaşıma xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə üzrə borcu yaranıb.

Borcun ödənilməməsi ilə əlaqədar qarşı tərəf məhkəməyə müraciət edərək şirkətə məxsus daşınar və daşınmaz əmlakın üzərinə 12 942,56 manat həcmində həbs qoyulmasını istəyib.

Məhkəmə ərizəni qismən təmin edib. Qərara əsasən, “İNNOVATİON EVENT” MMC-yə məxsus əmlakların üzərinə 8 513,70 manat əsas borc məbləği həcmində həbs qoyulub.

Qərarda işçilərin əmək haqları və məcburi dövlət ödənişləri, o cümlədən vergi və sosial ödənişlər üzrə əməliyyatların məhdudlaşdırılmaması nəzərdə tutulub.

Qərardadın dərhal icra olunması qərara alınıb.

Qeyd edək ki, “İnnovation Event” MMC 13 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət müxtəlif tədbirlərin təşkili, həmçinin LED ekranların və işıqlandırma avadanlıqlarının icarəsi sahəsində fəaliyyət göstərir.

Şirkət bir sıra universitetlərin və digər qurumların keçirdiyi tenderlərin qalibi olub.

“İnnovation Event” MMC-nin qanuni təmsilçisi Əliağa Ülfət oğlu Kürçaylıdır. O, məşhur şair Əliağa Kürçaylının (1928–1980) nəvəsidir.

Xəbəri paylaş Dostlarınıza göndərin