Yeni xəbərlər burada görünəcək.

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

29 avqust görkəmli tarzən, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimovun anım günüdür. Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan ustad sənətkar 1880-ci ildə Ağdamın Abdal Gülablı kəndində anadan olub. Məşhur aşıq Valehin nəvəsi olan Qurban Pirimov 15 yaşından Sadıqcanın xeyir-duası ilə

7 baxış 3 dəq

29 avqust görkəmli tarzən, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimovun anım günüdür. Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan ustad sənətkar 1880-ci ildə Ağdamın Abdal Gülablı kəndində anadan olub. Məşhur aşıq Valehin nəvəsi olan Qurban Pirimov 15 yaşından Sadıqcanın xeyir-duası ilə Qarabağ toylarında xanəndələri müşayiət etməyə başlayıb. 1905-ci ildə Gəncədə keçirilən toylardan birində onun ifasına heyran qalan xanəndə Cabbar Qaryağdıoğlu gənc tarzəni Bakıya dəvət edib. Bundan sonra Qurban Pirimov Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə məşhur muğam üçlüyündə çıxış edib, Zaqafqaziya, Orta Asiya, Moskva, Kiyev və İranda qastrol səfərlərində olub.

Xəbəri paylaş Dostlarınıza göndərin