Yeni xəbərlər burada görünəcək.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov o ktyabrın 23-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. Leqal Xəbər məlumat verir ki, görüşdə Prezident İlham Əliyevin səmimi salamları və Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində nümayiş etdirdiyi

10 baxış 3 dəq

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov oktyabrın 23-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

Leqal Xəbər məlumat verir ki, görüşdə Prezident İlham Əliyevin səmimi salamları və Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqeyə və dəstəyə görə təşəkkürü Dövlət Bağçalıya çatdırılıb.

Səfir türk dünyasının birliyi və həmrəyliyinin gücləndirilməsi istiqamətində səylərin Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayıb.

Dövlət Bağçalı Prezident İlham Əliyevin göstərdiyi diqqətə və təşəkkürünə görə minnətdarlığını ifadə edib, ona səmimi salamlarının çatdırılmasını xahiş edib və hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

O, Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. Dövlət Bağçalı ölkələrimiz arasında münasibətlərin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişaf edəcəyinə inamını ifadə edib.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.

Leqal Xəbər bildirir ki, görüş barədə partiyanın "X" sosial media hesabında video paylaşılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin