Yeni xəbərlər burada görünəcək.

Azərbaycanın “Zəfər rəqsi” filmi Haaqa festivalında qalib oldu

Azərbaycanın “Zəfər rəqsi” qısametrajlı bədii filmi 2026-cı il Haaqa Beynəlxalq Film Festivalının əsas nominasiyası – “Qlobal sülh, harmoniya, insan hüquqları” üzrə qalibi elan olunub. Leqal Xəbər-in məlumatına görə, “Ədibin Evi” və ASAN TV-nin birgə istehsalı olan ekran əsəri 23 ölkədən seçilən 63

6 baxış 3 dəq

Azərbaycanın “Zəfər rəqsi” qısametrajlı bədii filmi 2026-cı il Haaqa Beynəlxalq Film Festivalının əsas nominasiyası – “Qlobal sülh, harmoniya, insan hüquqları” üzrə qalibi elan olunub.

Leqal Xəbər-in məlumatına görə, “Ədibin Evi” və ASAN TV-nin birgə istehsalı olan ekran əsəri 23 ölkədən seçilən 63 film (ümumilikdə təqdim olunan 503 film) arasında yekdilliklə birinci seçilib. Münsiflər heyəti filmin yüksək estetikasını, təsirli hekayəsini və aktyor oyununu xüsusi qiymətləndirib. Mükafatı tədbirdə filmin yaradıcılarından biri Şəfəq Mehrəliyeva qəbul edib. Mərasimdə Azərbaycanın Niderlanddakı səfiri Anar Əcəmov da iştirak edib.

Rejissoru Gəray Həsən olan film Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında və “Balakhani Operating Company LTD” şirkətinin dəstəyi ilə çəkilib. Baş rollarda Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu yer alıb, bəzi səhnələrdə isə qazilər çəkilib.

Xəbəri paylaş Dostlarınıza göndərin