İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?

Azərbaycanda yeni televiziya kanallarının yaradılması istiqamətində hazırlıq işləri aparılır. Leqal Xəbər Oxu.Az-ın əldə etdiyi məlumata görə istinadla bildirir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) yeni tematik kanalların yaradılması ilə bağlı layihələr üzərində iş gedir.

9 baxış 3 dəq
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?

Azərbaycanda yeni televiziya kanallarının yaradılması istiqamətində hazırlıq işləri aparılır.

Leqal Xəbər Oxu.Az-ın əldə etdiyi məlumata görə istinadla bildirir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) yeni tematik kanalların yaradılması ilə bağlı layihələr üzərində iş gedir.

Məlumata əsasən, AzTV Uşaq layihəsinin hazırlanmasına başlanılıb. Bu istiqamətdə komanda formalaşdırılır. Eyni zamanda, milli cizgi filmlərinin istehsalı üçün bəzi müəlliflərə ssenari təklifləri göndərilib.

Leqal Xəbər Oxu.Az-ın əldə etdiyi digər məlumata görə istinadla bildirir ki, yeni televiziya layihələri sırasında "AzTV İrs" kanalının yaradılması da nəzərdə tutulur. "AzTV Xəbər" adı da yeni layihələrlə bağlı müzakirələrdə çəkilir. Həmçinin AzTV 1, AzTV 2 və "AzTV Sport" adları altında kanalların fəaliyyətə başlaması ilə bağlı konsepsiya mövcuddur.

Bununla yanaşı, "AzTV Şou" adlı əyləncə və şou kanalının loqosu da ictimaiyyətə təqdim edilib. Lakin bu layihənin yaradılması ilə bağlı rəsmi təsdiq yoxdur.

Yeni kanallardan birinin rəhbərliyinin Həmid Əsədzadəyə həvalə edilməsi də müzakirə olunur. Onun hansı kanalın rəhbəri olacağı dəqiqləşdirilməyib.

Qeyd edək ki, 2026-cı ilin avqustunda mediada AzTV-nin yeni tematik kanallar yaratmağı planlaşdırdığı barədə məlumatlar yayılıb. Həmin konsepsiyaya əsasən, kanalların informasiya, ictimai-siyasi, əyləncə, idman, uşaq və milli-mədəni irs istiqamətlərində fəaliyyət göstərməsi nəzərdə tutulur.

Xəbəri paylaş Dostlarınıza göndərin