Yeni xəbərlər burada görünəcək.

Azıx mağarası ilə bağlı film “Korkut Ata” festivalında mükafat alıb

Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi VI "Korkut Ata" Türk Dünyası Film Festivalında jürinin xüsusi mükafatına layiq görülüb. Leqal Xəbər Report-a istinadən məlumat verir ki, mükafat filmin yaradıcı heyətinə festivalın bağlanış mərasimində təqdim

12 baxış 3 dəq

Atakan Kərküklünün "Azıx mağarası: Azərbaycanın beşiyi" sənədli filmi VI "Korkut Ata" Türk Dünyası Film Festivalında jürinin xüsusi mükafatına layiq görülüb.

Leqal Xəbər Report-a istinadən məlumat  verir ki, mükafat filmin yaradıcı heyətinə festivalın bağlanış mərasimində təqdim olunub.

Qeyd edək ki, filmdə Azərbaycanın cənub-qərbində yerləşən Azıx mağarasının qədim tarixdəki yeri bütövlükdə insan növünün yaranması və planetə yayılması kontekstində araşdırılır.

Sənədli filmdə Azıx mağarasının quruluşu, qədim insanlar üçün əhəmiyyəti, burada arxeoloji tədqiqatların başlanması və mağaranın hazırkı vəziyyəti ətraflı şəkildə işıqlandırılır.



Xəbəri paylaş Dostlarınıza göndərin