Yeni xəbərlər burada görünəcək.

Bakı hava limanında 4 milyonluq brilyant AŞKARLANDI

Bakı hava limanında gömrük əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb. “Legal Xəbər”in məlumatına görə, hadisə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi gömrük nəzarəti zamanı aşkarlanıb. Şarja-Bakı aviareysi ilə

9 baxış 3 dəq

Bakı hava limanında gömrük əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb.

“Legal Xəbər”in məlumatına görə, hadisə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi gömrük nəzarəti zamanı aşkarlanıb.

Şarja-Bakı aviareysi ilə Azərbaycana gələn Qazaxıstan vətəndaşı “Yaşıl Kanal”dan istifadə edərək gömrük nəzarəti zonasını tərk etmək istəyib. Lakin sərnişinin davranışları gömrük əməkdaşlarında şübhə yaradıb.

Bundan sonra sərnişin “Qırmızı Kanal”a yönləndirilib və üzərində əlavə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı onun üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502,524 karat brilyant qaşlar aşkar olunub.

İlkin qiymətləndirməyə əsasən, aşkarlanmış qiymətli daşların ümumi dəyəri 4 milyon manatdan artıqdır.

Faktla bağlı araşdırma aparılır. Aşkarlanmış brilyantların ölkəyə gətirilməsinin məqsədi və hadisənin digər detalları araşdırmanın nəticəsində müəyyənləşdiriləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin