Yeni xəbərlər burada görünəcək.

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

İyulun 22-nə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.

5 baxış 3 dəq

İyulun 22-nə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 30-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 faiz, gündüz 45-50 faiz olacaq.

Rayonlarda da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə lokal xarakterli qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Ayrı-ayrı dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 22-26 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 13-18 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin