Yeni xəbərlər burada görünəcək.

Bakıda 70 və yuxarı yaşda olan şəxslərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə olan məlumata əsasən, paytaxtda 170 803 nəfər 70 yaş və yuxarı şəxs yaşayır. Onlardan 76 435 nəfəri kişi, 94 368 nəfəri isə qadındır. Azərbaycan qanunvericiliyinə əsasən, 70 yaşına çatmış şəxslər ahıl hesab olunur. Qeyd edək

9 baxış 3 dəq

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə olan məlumata əsasən, paytaxtda 170 803 nəfər 70 yaş və yuxarı şəxs yaşayır.

Onlardan 76 435 nəfəri kişi, 94 368 nəfəri isə qadındır.

Azərbaycan qanunvericiliyinə əsasən, 70 yaşına çatmış şəxslər ahıl hesab olunur.

Qeyd edək ki, bu gün – 1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. Birləşmiş Millətlər Təşkilatının qərarı ilə təsis edilən bu gün hər il oktyabrın 1-də qeyd olunur.

Beynəlxalq Ahıllar Gününün əsas məqsədi ahıl insanların cəmiyyətdəki roluna diqqət çəkmək, onların hüquqlarının qorunmasının və sosial rifahının təmin edilməsinin əhəmiyyətini vurğulamaqdır.

Xəbəri paylaş Dostlarınıza göndərin