Yeni xəbərlər burada görünəcək.

Bakıda AQEM-in Media Forumu işə başlayıb

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir. Azərbaycan Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutan forumda yerli və xarici media qurumlarının rəhbərləri,

7 baxış 3 dəq

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir.

Azərbaycan Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutan forumda yerli və xarici media qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar və ekspertlər iştirak edirlər.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov, eləcə də digər rəsmi şəxslər və qonaqlar iştirak edirlər.

Forum çərçivəsində qlobal informasiya məkanında artan çağırışlar, dezinformasiya ilə mübarizə, media vasitəsilə etimadın möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və peşəkar jurnalistikanın rolu ətrafında müzakirələr aparılır.

Qeyd edək ki, AQEM Asiya regionunda sülhün, təhlükəsizliyin və sabitliyin təşviqinə xidmət edən, üzv dövlətlər arasında etimadın və çoxtərəfli əməkdaşlığın gücləndirilməsini hədəfləyən nüfuzlu beynəlxalq platformadır. Forumun məqsədi isə müasir dövrdə medianın etimad quruculuğundakı rolunu ön plana çıxarmaq və bu sahədə təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Xəbəri paylaş Dostlarınıza göndərin