Yeni xəbərlər burada görünəcək.

Bakıda baş verən dəhşətli qəza

Bakıda, Binəqədi-Xırdalan yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli bildirib ki,hadisə fevralın 27-də, saat 03:06-da qeydə alınıb. "2004-cü il təvəllüdlü Hüseyn Müşfiq oğlu Vəliyev idarə

8 baxış 3 dəq

Bakıda, Binəqədi-Xırdalan yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli bildirib ki,hadisə fevralın 27-də, saat 03:06-da qeydə alınıb.

"2004-cü il təvəllüdlü Hüseyn Müşfiq oğlu Vəliyev idarə etdiyi "Hyundai" markalı 77-AN-140 dövlət nömrə nişanlı avtomobili yolun sağ kənarında dayanmış 1993-cü il təvəllüdlü Samir Rövşən oğlu Həsənzadəyə məxsus "Volvo" markalı, 44-CX-242 dövlət nömrə nişanlı yük avtomobilinə çırpıb.

Hadisə nəticəsində sürücü M.Vəliyevlə yanaşı 1983-cü il təvəllüdlü Pərvanə Yaşar qızı Vəliyeva, 2004-cü il təvəllüdlü Zəhra Müşfiq qızı Vəliyeva və 1956-cı il təvəllüdlü Böyükxanım Böyükağa qızı Əliyeva xəsarət alıblar. Ölüm faktı qeydə alınmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə R.Əhmədli vurğulayıb.



Xəbəri paylaş Dostlarınıza göndərin