Yeni xəbərlər burada görünəcək.

Velosiped oğurlayan şəxs kameraya düşdü

Bakının Xətai rayonunda binanın ümumi istifadədə olan hissəsindən velosiped oğurlanıb. Hadisə Əhmədli qəsəbəsində yerləşən çoxmərtəbəli binalardan birində baş verib. Məlumata görə, naməlum şəxs binanın 8-ci mərtəbəsindəki dəhlizdə saxlanılan velosipedi götürərək ərazidən uzaqlaşıb. Oğurluq anı

12 baxış 3 dəq

Bakının Xətai rayonunda binanın ümumi istifadədə olan hissəsindən velosiped oğurlanıb.

Hadisə Əhmədli qəsəbəsində yerləşən çoxmərtəbəli binalardan birində baş verib.

Məlumata görə, naməlum şəxs binanın 8-ci mərtəbəsindəki dəhlizdə saxlanılan velosipedi götürərək ərazidən uzaqlaşıb. Oğurluq anı binada quraşdırılan müşahidə kamerası tərəfindən qeydə alınıb.

Bildirilir ki, hadisənin baş verdiyi binanın girişinə nəzarət olunur və blokların giriş qapıları domofon sistemi ilə təchiz edilib.

Oğurluğu törədən şəxsin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin