Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxtda və bir sıra rayonlarda elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Əhməd Cəmil, Mirəli Seyidov, Nazim Hikmət küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Abşeron RETSİ-nə daxil olan Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi və Razqrad küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək elektrik xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.![]()
Bakıda bəzi ərazilərdə işıq olmayacaq.
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxtda və bir sıra rayonlarda elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək. Bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji
6 baxış
3 dəq