Yeni xəbərlər burada görünəcək.

Bakıda kanalizasiyaya düşən gəncin ölümü ilə bağlı cəza istənilib

Nərimanov rayonunda "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər

12 baxış 3 dəq

Nərimanov rayonunda "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən proses də prokuror təqsirləndirilənin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını məhkəməyə təklif edib.

Müdafiə tərəfi çıxışlara hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses oktyabrın 29-na təyin edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin