Yeni xəbərlər burada görünəcək.

Bakıda kollektor çökdü

Leqal xəbər məlumat verir ki, Bakının Xətai rayonunda tullantı su kollektorunda baş verən qəza nəticəsində ərazidə yerləşən evlərdən biri sökülüb. Məlumata görə, diametri 1200 mm olan kollektorun çökməsinə səbəb kimi xəttin həddindən artıq yüklənməsi göstərilir. Hadisə Rəşid Bağırov küçəsi

32 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Bakının Xətai rayonunda tullantı su kollektorunda baş verən qəza nəticəsində ərazidə yerləşən evlərdən biri sökülüb. Məlumata görə, diametri 1200 mm olan kollektorun çökməsinə səbəb kimi xəttin həddindən artıq yüklənməsi göstərilir. Hadisə Rəşid Bağırov küçəsi ərazisində qeydə alınıb və nəticədə su ətraf ərazilərə yayılıb. Komissiyanın qərarı ilə kollektorun üzərində inşa edilmiş ev sökülüb, hazırda ərazidə suyun kənarlaşdırılması və xəttin bərpası istiqamətində işlər davam etdirilir. Bildirilir ki, aidiyyəti qurumlar hadisəni nəzarətdə saxlayır və vəziyyətin qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görülür.

Xəbəri paylaş Dostlarınıza göndərin