Yeni xəbərlər burada görünəcək.

Bakıda məktəblinin qətli: Ailədən şok iddia

Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin ailəsi hadisə ilə bağlı ciddi iddialar irəli sürüb. Mərhumun əmisi Zöhrab Ağayev bildirib ki, qətldə şübhəli bilinən yeniyetmənin yaxınları onun ruhi xəstə olması ilə bağlı saxta sənəd hazırlatmağa

9 baxış 3 dəq

Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin ailəsi hadisə ilə bağlı ciddi iddialar irəli sürüb.

Mərhumun əmisi Zöhrab Ağayev bildirib ki, qətldə şübhəli bilinən yeniyetmənin yaxınları onun ruhi xəstə olması ilə bağlı saxta sənəd hazırlatmağa çalışırlar. O, bu addımın məsuliyyətdən yayınmaq məqsədi daşıdığını iddia edib.

Ailə üzvünün sözlərinə görə, hadisə məktəb yaxınlığında baş verib. Yeniyetmə A.Ağayevi məktəbin arxasına çağıraraq bıçaqlayıb. Ağır xəsarətlər alan məktəbli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Zöhrab Ağayev hüquq-mühafizə orqanlarını hadisənin bütün təfərrüatlarını obyektiv şəkildə araşdırmağa çağıraraq, təqsirkar şəxsin qanun qarşısında cavab verməsini tələb edib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin