Yeni xəbərlər burada görünəcək.

Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü

Paytaxtın Binəqədi rayonunda park edilmiş avtomobilə ziyan dəyib. Hadisə sentyabrın 3-də saat 7 radələrində Süleyman Sani Axundov küçəsində qeydə alınıb. Kadrlardan göründüyü kimi, yol kənarında yerləşən nəhəng ağacın iri budaqları qırılaraq park edilmiş "Toyota Aqua" avtomobilinin

7 baxış 3 dəq

Paytaxtın Binəqədi rayonunda park edilmiş avtomobilə ziyan dəyib.

Hadisə sentyabrın 3-də saat 7 radələrində Süleyman Sani Axundov küçəsində qeydə alınıb.

Kadrlardan göründüyü kimi, yol kənarında yerləşən nəhəng ağacın iri budaqları qırılaraq park edilmiş "Toyota Aqua" avtomobilinin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Hadisə yerinə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunublar. Qəzalı ağacın qırılmış budaqları ərazidən götürülüb və ağac budanıb.

Xəbəri paylaş Dostlarınıza göndərin