Maştağa qəsəbəsində 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) “Khazar” markalı avtomobillə bir neçə maşına çırpılıb.
Araşdırma zamanı məlum olub ki, gənc qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı özü ilə aparıb. Onlar həmin müddətdə avtomobildə hərəkət edib və gecələyiblər.
Qızın anası polisə müraciət edib. Axtarış zamanı Rüstəm və qızın görüşə çağırıldığı yerə polis əməkdaşları da gəlib. Polis maşınını görən gənc sürətlə uzaqlaşmağa çalışıb və qəza törədib.
Rüstəm Həbibov barəsində inzibati protokol tərtib olunub. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka inzibati həbs edilib.
Bakıda “qızı qaçıran” gənc polis maşınını görüb qəza törətdi
Maştağa qəsəbəsində 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) “Khazar” markalı avtomobillə bir neçə maşına çırpılıb. Araşdırma zamanı məlum olub ki, gənc qəzadan bir neçə gün əvvəl qəsəbədə tanış olduğu qızı özü ilə aparıb. Onlar həmin müddətdə avtomobildə hərəkət edib və gecələyiblər. Qızın
6 baxış
3 dəq