Yeni xəbərlər burada görünəcək.

Bakıda restoran davası məhkəməlik oldu

Bakının Nəsimi rayonunda yerləşən restoranlardan birində işçilər arasında baş vermiş mübahisə məhkəmə araşdırmasına səbəb olub. Leqal Xəbər xəbər verir ki, hadisə paytaxt ərazisində fəaliyyət göstərən “Sotto Sushi” restoranında qeydə alınıb. İstintaq materiallarına əsasən, restoranın əməkdaşı Aqil

7 baxış 3 dəq

Bakının Nəsimi rayonunda yerləşən restoranlardan birində işçilər arasında baş vermiş mübahisə məhkəmə araşdırmasına səbəb olub.

Leqal Xəbər xəbər verir ki, hadisə paytaxt ərazisində fəaliyyət göstərən “Sotto Sushi” restoranında qeydə alınıb.

İstintaq materiallarına əsasən, restoranın əməkdaşı Aqil (ad şərtidir) ilə əvvəllər həmin iaşə obyektində aşpaz kimi çalışan Fərid (ad şərtidir) arasında borc məsələsi ilə bağlı mübahisə yaranıb. Mübahisə zamanı Aqilin qarşı tərəfə yumruq zərbələri endirdiyi və nəticədə Fəridə müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi bildirilir.

Faktla bağlı təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurma ilə bağlı maddəsi üzrə ittiham irəli sürülüb və iş məhkəmə baxışına çıxarılıb.

Məhkəmə iclasında Aqil ona verilən ittiham üzrə özünü təqsirli bildiyini etiraf edib. O, həmçinin zərərçəkmiş şəxslə barışdığını və aralarında yaranmış mübahisənin həll olunduğunu qeyd edib.

Araşdırma zamanı tərəflər arasında barışığın əldə edilməsi və zərərçəkmiş şəxsin şikayətinin olmaması nəzərə alınıb.

Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


Xəbəri paylaş Dostlarınıza göndərin