Yeni xəbərlər burada görünəcək.

BAKI AEROPORTUNDA 3-CÜ TERMİNAL TİKİLƏCƏK

Bakı Aeroportu: “Yaxın illər üçün əsas məqsəd Heydər Əliyev Beynəlxalq Aeroportunun mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır. Bu çərçivədə terminal daxilində proseslərin optimallaşdırılması, avtomatlaşdırma səviyyəsinin artırılması, sərhəd və

8 baxış 3 dəq

Bakı Aeroportu: “Yaxın illər üçün əsas məqsəd Heydər Əliyev Beynəlxalq Aeroportunun mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır. Bu çərçivədə terminal daxilində proseslərin optimallaşdırılması, avtomatlaşdırma səviyyəsinin artırılması, sərhəd və təhlükəsizlik nəzarətində yeni texnoloji həllərin geniş tətbiqi, sərnişin axınının daha düzgün idarə olunması və pik saatların balanslaşdırılması nəzərdə tutulur. Eyni zamanda müəyyən infrastruktur genişləndirmələri və funksional dəyişikliklər hesabına mövcud terminalın faktiki buraxılış qabiliyyətinin artırılması planlaşdırılır.

Yeni terminal inşa edildikdən sonra hava limanının ümumi buraxılış qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılması planlaşdırılır. Beləliklə, yanaşma ikimərhələlidir: əvvəlcə mövcud resursların maksimum effektiv istifadəsi və optimallaşdırma yolu ilə həcmin artırılması, daha sonra isə yeni terminal binası hesabına uzunmüddətli və dayanıqlı inkişafın təmin edilməsi”.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 terminal fəaliyyət göstərir. Terminallar beynəlxalq və yerli uçuşlarla səyahət edən bütün sərnişinlərə lazım olan bütün xidmətləri təqdim edir.


Xəbəri paylaş Dostlarınıza göndərin