Yeni xəbərlər burada görünəcək.

BAKI HAVA LİMANINDA TBİLİSİYƏ GEDƏN SƏRNİŞİNDƏ KOKAİN AŞKARLANDI

LEQAL XƏBƏR məlumat verir ki, Bakıdan Tbilisiyə uçan sərnişinin üzərində narkotik vasitə aşkarlanıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşlarının keçirdiyi yoxlama

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Bakıdan Tbilisiyə uçan sərnişinin üzərində narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı Azərbaycan vətəndaşının üzərində gömrük nəzarətindən gizlədilən, kustar üsulla hazırlanmış 15,849 qram təmiz çəkidə kokain aşkar olunub.

Araşdırmanın davamı olaraq həmin şəxsin kirayədə yaşadığı evə baxış keçirilib.

Baxış zamanı oradan 16 qrama qədər qurudulmuş marixuana, bir bükümdə 2,440 qram təmiz çəkidə çətənə bitkisinin toxumları və 2 ədəd psixotrop maddə tərkibli həb aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin