Leqal xəbər məlumat verir ki, “Bakı Metropoliteni” sərnişin sıxlığını azaltmaq üçün yeni texnologiyanın tətbiqinə başlayıb. Müasir nəsil vaqonlarda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb və hazırda sistem test rejimində işləyir.
Məlumata görə, sərnişinlər qatar platformaya yaxınlaşarkən hansı vaqonun daha boş olduğunu əvvəlcədən görə biləcəklər. Bu məlumatların həm elektron tabloda, həm də mobil tətbiqlərdə göstərilməsi planlaşdırılır. Məqsəd sərnişinlərin platformada bərabər paylanmasını təmin etmək və sıxlığı azaltmaqdır.