Yeni xəbərlər burada görünəcək.

BAKIDA AVTOMOBİLDƏN DÜŞƏN TƏKƏR QƏZAYA SƏBƏB OLDU

Leqal xəbər məlumat verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, bəzi hallarda kənd təsərrüfatı fəaliyyətinə mane olan ağac, kol və digər bitkilərin kəsilməsinə icazə veriləcək. Məlumata görə, dəyişiklik “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif olunub. Layihəyə

9 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, bəzi hallarda kənd təsərrüfatı fəaliyyətinə mane olan ağac, kol və digər bitkilərin kəsilməsinə icazə veriləcək.
Məlumata görə, dəyişiklik “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif olunub. Layihəyə əsasən, məqsədli təyinatı əkin və çoxillik əkmələr olan kənd təsərrüfatı torpaqlarında yerləşən yaşıllıqlar təsərrüfat fəaliyyətinə mane olduqda onların götürülməsi mümkün olacaq.
Qanunda “yaşıllıqların götürülməsi” anlayışına ağac, kol və digər bitkilərin kökündən çıxarılması, başqa yerə köçürülməsi və ya müəyyən hallarda kəsilməsi daxildir. Bildirilir ki, kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.
Layihədə həmçinin qeyd olunur ki, belə hallarda müraciət edən şəxs aidiyyəti quruma əvvəlcədən məlumat və sənədlər təqdim etməlidir. Bunlara kəsiləcək kolların sayı, növü, hündürlüyü, yerləşdiyi ərazinin ölçüsü, eləcə də torpaq sahəsi üzərində mülkiyyət və ya istifadə hüququnu təsdiqləyən sənədlər daxildir.
Qanun layihəsinin məqsədinin kənd təsərrüfatı fəaliyyətinin daha səmərəli təşkili olduğu bildirilsə də, məsələ ictimaiyyət və ekoloqlar arasında müxtəlif müzakirələrə səbəb olub.
Xəbəri paylaş Dostlarınıza göndərin