Yeni xəbərlər burada görünəcək.

BAKIDA BƏZİ AVTOBUS MARŞRUTLARININ HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ

LEQAL XƏBƏR məlumat verir ki, Bakının bir sıra küçələrində aparılan təmir işləri ilə əlaqədar bəzi avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə Abbasqulu ağa Bakıxanov

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Bakının bir sıra küçələrində aparılan təmir işləri ilə əlaqədar bəzi avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə Abbasqulu ağa Bakıxanov küçəsi arasındakı hissəsində, eləcə də Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə Abbas Mirzə Şərifzadə küçəsi arasındakı hissəsində aparılan təmir işləri səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bununla əlaqədar olaraq, iyulun 10-12-də 61 və 88A nömrəli müntəzəm avtobus marşrutları Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri istiqamətində hərəkət edəcək.

Eyni zamanda, 10, 14 və 18 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri üzrə təşkil olunacaq.

Bundan əlavə, iyulun 11-12-də Sənan Abdullayev küçəsində (Baksol yolu) Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm marşrutun fəaliyyəti də müvəqqəti dəyişdiriləcək.

Məlumata əsasən, həmin marşrut metronun "Azadlıq prospekti" stansiyasından Sənan Abdullayev küçəsində yerləşən giriş 141A ünvanınadək sərnişinlərə xidmət göstərəcək.

Xəbəri paylaş Dostlarınıza göndərin