Bakıda iş yerində ölüm h
adisəsi baş verib.
Hadisə avqustun 3-ü saat 12:00 radələrində paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Füzuli rayon sakini, 1991-ci il təvəllüdlü Rəhman Nizami oğlu Hüseynli işlədiyi ərazidə fəhlə kimi fəaliyyət göstərdiyi zaman qəfil özünü pis hiss edib. O, hadisə yerində vəfat edib.
İlkin ehtimala görə, Rəhman Hüseynli ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.