Yeni xəbərlər burada görünəcək.

BAKIDA KEÇİRİLƏCƏK WUF13 FORUMUNA BÖYÜK MARAQ

Leqal xəbər məlumat verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına — WUF13-ə indiyədək 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib. Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb. Bildirilir ki, forum mayın 17-22 tarixlərində Bakıda keçiriləcək. Tədbir Azərbaycan

8 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına — WUF13-ə indiyədək 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb. Bildirilir ki, forum mayın 17-22 tarixlərində Bakıda keçiriləcək.
Tədbir Azərbaycan ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumda dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər”, innovativ şəhər həlləri və müasir urbanizasiya mövzuları müzakirə ediləcək.
Beynəlxalq forumun Bakıda keçirilməsi Azərbaycanın qlobal şəhərsalma və innovasiya platformalarında rolunun artdığını göstərir. Tədbirdə müxtəlif ölkələrdən dövlət nümayəndələri, ekspertlər və şəhər planlaşdırılması üzrə mütəxəssislər iştirak edəcək.
Xəbəri paylaş Dostlarınıza göndərin