Yeni xəbərlər burada görünəcək.

BAKIDA KİŞİ SEVGİLİSİNİN PULUNU ALIB DUBAYA QAÇDI

BAKIDA KİŞİ SEVGİLİSİNİN PULUNU ALIB DUBAYA QAÇDI LEQAL XƏBƏR məlumat verir ki, Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, paytaxtın mərkəzində maklerlik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.

5 baxış 3 dəq

BAKIDA KİŞİ SEVGİLİSİNİN PULUNU ALIB DUBAYA QAÇDI

LEQAL XƏBƏR məlumat verir ki, Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Məlumata görə, paytaxtın mərkəzində maklerlik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R. Həsənov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaq materiallarına əsasən, R. Həsənov 2023-cü ildə ev almaq və təmir etmək adı ilə sevgi münasibətində olduğu Gülbahardan hissə-hissə olmaqla 235 min manat pul alıb.

O, Nərimanov rayonunda yeni tikilmiş binadan mənzil göstərərək qadının etibarını qazanıb. Daha sonra Gülbahardan və onun anasından aldığı pullarla Azərbaycanı tərk edərək Dubaya gedib.

R. Həsənovun ölkədən qaçdığını öyrənən qadın polisə müraciət edib və faktla bağlı cinayət işi başlanıb.

Bu il R. Həsənov saxlanılaraq istintaqa cəlb edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə zərərçəkmiş qadın qarşı tərəfin vurduğu 235 min manatlıq zərəri tam ödədiyini bildirib və ona qarşı şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmənin hökmü ilə R. Həsənova 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza 2 il sınaq müddəti tətbiq edilməklə şərti hesab edilib.

Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də ləğv olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin