Leqal xəbər məlumat verir ki, Bakıda 67 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işinin bəzi detalları məlum olub. Hadisənin Sabunçu rayonunun Ramana qəsəbəsində baş verdiyi bildirilir.
İstintaq məlumatına görə, Emil Ağayev anasını şəxsi münasibətlər zəminində öldürməkdə ittiham olunur. Bildirilir ki, o, əvvəlcə anasını işlədiyi yerdən evə gətirib, daha sonra yaşadıqları evdə ona hücum edib.