Yeni xəbərlər burada görünəcək.

BAKIDA TƏLƏBƏ QAZILMIŞ QUYUYA DÜŞƏRƏK AĞIR XƏSARƏT ALIB

Leqal Xəbər məlumat verir ki, Bakıda universitet tələbəsi yolda qazılmış quyuya düşərək ağır xəsarət alıb. Məlumata görə, Əsgər Cabbarov imtahana gedərkən 9 metr dərinliyində olan quyuya yıxılıb və hadisə nəticəsində ciddi bədən xəsarətləri alıb. Zərərçəkənin anası Gülsarə Cabbarovanın sözlərinə

9 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Bakıda universitet tələbəsi yolda qazılmış quyuya düşərək ağır xəsarət alıb.
Məlumata görə, Əsgər Cabbarov imtahana gedərkən 9 metr dərinliyində olan quyuya yıxılıb və hadisə nəticəsində ciddi bədən xəsarətləri alıb.
Zərərçəkənin anası Gülsarə Cabbarovanın sözlərinə əsasən, tələbə yoldaşları tərəfindən huşsuz vəziyyətdə tapılıb və daha sonra əməliyyat olunub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı təhlükəsizliyə cavabdeh olan “Caspian Construction” şirkətinin məsuliyyəti araşdırılır.
Zərərçəkmiş tərəfin vəkili bildirib ki, şirkətin əməkdaşı Ceyhun Bəbirzadə cinayət məsuliyyətinə cəlb edilib və faktla bağlı istintaq davam edir.

Xəbəri paylaş Dostlarınıza göndərin