LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata əsasən, Bakının Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
Bundan əlavə, mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
