Yeni xəbərlər burada görünəcək.

BAKIDA ÜÇ NƏFƏR KİRAYƏDƏ YAŞADIQLARI EVDƏ BIÇAQLANIB

LEQAL XƏBƏR məlumat verir ki, Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib. Məlumata görə, Balakən rayon sakinləri — 1983-cü il təvəllüdlü Sərvər Kərimov, 1986-cı il təvəllüdlü Vidadi Bubuşov və 1988-ci il təvəllüdlü Elnur Xocaxov kirayə

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

Məlumata görə, Balakən rayon sakinləri — 1983-cü il təvəllüdlü Sərvər Kərimov, 1986-cı il təvəllüdlü Vidadi Bubuşov və 1988-ci il təvəllüdlü Elnur Xocaxov kirayə yaşadıqları evdə bıçaqlanıblar.

Müxtəlif dərəcəli xəsarətlər alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

İlkin araşdırma zamanı onların evdə birlikdə kirayə qaldıqları şəxs tərəfindən bıçaqlandığı müəyyən edilib. Hadisədən əvvəl mənzildə yeyib-içən şəxslər arasında mübahisə yarandığı və mübahisənin daha sonra bıçaqlanma ilə nəticələndiyi bildirilir.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Murad Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin