Leqal Xəbər məlumat verir ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.
Məlumata görə, iyunun 12–13-də Bakıda və Abşeron yarımadasında, həmçinin 12–16-da bəzi bölgələrdə güclü külək müşahidə olunacaq.
Bildirilib ki, şimal-qərb küləyi əsasən Bakıda, Abşeronda və bir sıra rayonlarda əsəcək, küləyin sürəti saniyədə 13.9–20.7 metrə çatacaq.
Xəbərdarlıq Tovuz, Gəncə, Mingəçevir, Qazax, Göygöl, Şəki, Zaqatala və digər rayonları da əhatə edir.