Yeni xəbərlər burada görünəcək.

BAKIDA XARİCLƏ ƏLAQƏLİ QUMAR ŞƏBƏKƏSİ QURAN DƏSTƏ ÜZVLƏRİ HAKİM QARŞISINDA

LEQAL XƏBƏR məlumat verir ki, qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib

6 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilməməsinə qərar verilib.
Məhkəmənin növbəti baxış iclası iyulun 2-nə təyin olunub.
İttihama görə, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan Şikar Əliyev, Rəsul Həşimov, Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar saytları ilə əlaqə yaradaraq onlayn kazino və mərc oyunlarının təşkili ilə məşğul olublar.
Araşdırmalarla müəyyən edilib ki, onlar sosial şəbəkələr vasitəsilə vətəndaşları qanunsuz oyunlara cəlb edərək virtual ödəniş sistemləri qurublar.
Saxlanılan şəxslərin ofis və mənzillərində aparılan baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları və mobil nömrələr aşkar edilib. Faktla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin