Yeni xəbərlər burada görünəcək.

BAKININ ƏN TƏMİZ ÇİMƏRLİKLƏRİ AÇIQLANDI

LEQAL XƏBƏR məlumat verir ki, yay mövsümünün başlam ası ilə paytaxt sakinlərinin ən çox maraqlandığı mövzulardan biri də təmiz və təhlükəsiz çimərliklərdir. Mütəxəssislərin son monitorinqlərinə əsasən, Bilgəh, Pirşağı, Şüvəlan və Mərdəkan çimərlikləri dəniz suyunun fiziki-kimyəvi və bakterioloji

6 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, yay mövsümünün başlaması ilə paytaxt sakinlərinin ən çox maraqlandığı mövzulardan biri də təmiz və təhlükəsiz çimərliklərdir.
Mütəxəssislərin son monitorinqlərinə əsasən, Bilgəh, Pirşağı, Şüvəlan və Mərdəkan çimərlikləri dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinə görə norma daxilində qiymətləndirilib.
Bildirilib ki, həmin çimərliklərdə xilasedici xidmətinin fəaliyyəti, sahilin sanitariya vəziyyəti və ümumi təhlükəsizlik tədbirləri də istirahət üçün əlverişli şərait yaradır.
Mütəxəssislər eyni zamanda xəbərdarlıq edirlər ki, hətta ən təmiz çimərliklərdə belə həssas dərisi, ekzema, atopik dermatit və ya psoriaz xəstəliyi olan şəxslərdə dəniz suyu müəyyən qıcıqlanmalara səbəb ola bilər.
Qeyd olunur ki, dənizdən çıxdıqdan sonra şirin su ilə yuyunmaq və nəmləndirici vasitələrdən istifadə etmək dəri sağlamlığının qorunmasına kömək edir.
Xəbəri paylaş Dostlarınıza göndərin