Yeni xəbərlər burada görünəcək.

Bakıxanov qəsəbəsində içməli su günlərdir küçəyə axır

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində içməli suyun küçəyə axdığı iddia olunur. Bildirilib ki, Əşrəf Yunusov küçəsi, 8 ünvanındakı binanın qarşısında içməli su günlərdir yola axır. "Problem barədə aidiyyəti qurumlara məlumat versək də, məsələ hələ də həllini tapmayıb. Gəlib baxıb

5 baxış 3 dəq

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində içməli suyun küçəyə axdığı iddia olunur.

Bildirilib ki, Əşrəf Yunusov küçəsi, 8 ünvanındakı binanın qarşısında içməli su günlərdir yola axır.

"Problem barədə aidiyyəti qurumlara məlumat versək də, məsələ hələ də həllini tapmayıb. Gəlib baxıb gedirlər, amma düzəldən yoxdur", - deyə şikayətdə bildirilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanla bağlı müraciət rayonun sukanal idarəsinin cavabdeh şəxslərinə yönləndirilib:

"Sözügedən ünvanda su xəttində baş vermiş qəzanın aradan qaldırması üçün asfalt örtüyü sökülməli və qazıntı işləri aparılmalıdır.

Asfalt örtüyünün sökülməsi üçün aidiyyəti quruma müraciət olunub, cavab gələn kimi təmir-bərpa işlərinə başlanılacaq.".

Xəbəri paylaş Dostlarınıza göndərin