Yeni xəbərlər burada görünəcək.

Bakıxanovun doğulduğu evin bir hissəsi uçub

Leqal xəbər məlumat verir ki, Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. Hadisə Bakının Əmircan kəndində yerləşən tarixi tikilidə qeydə alınıb. Məlumata görə, güclü yağışların təsirindən bina yararsız vəziyyətə düşüb və hazırda tamamilə dağılmaq

12 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub. Hadisə Bakının Əmircan kəndində yerləşən tarixi tikilidə qeydə alınıb. Məlumata görə, güclü yağışların təsirindən bina yararsız vəziyyətə düşüb və hazırda tamamilə dağılmaq təhlükəsi ilə üz-üzədir. Artıq evin alt qatında daşların çökməsi nəticəsində bəzi hissələr küçəyə tökülüb. Kənd sakinləri bildirir ki, yaxın günlərdə tikilinin tam uçması ehtimalı var və bu, mühüm tarixi abidənin məhv olması ilə nəticələnə bilər. Qeyd edək ki, Abbasqulu ağa Bakıxanov Azərbaycanın görkəmli ziyalılarından biri olub və onun doğulduğu ev tarixi əhəmiyyət daşıyır.

Xəbəri paylaş Dostlarınıza göndərin