Yeni xəbərlər burada görünəcək.

BALAKƏNDƏ KANAT YOLU TİKİLİR

Leqal xəbər məlumat verir ki, Balakən rayonunda yeni sərnişin kanat yolunun inşasına başlanılıb. Layihə Heydər Əliyev parkı ərazisində həyata keçiriləcək. Məlumata görə, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən layihənin hazırlanması və tikintisi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat

9 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Balakən rayonunda yeni sərnişin kanat yolunun inşasına başlanılıb. Layihə Heydər Əliyev parkı ərazisində həyata keçiriləcək.
Məlumata görə, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən layihənin hazırlanması və tikintisi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.
Bildirilib ki, layihənin məqsədi bölgədə turizm potensialını artırmaq, yerli iqtisadiyyatı canlandırmaq və turistlər üçün yeni istirahət imkanları yaratmaqdır.
Qeyd olunub ki, kanat yolunun tikintisinin davam etdirilməsi üçün əlavə maliyyə vəsaitinin gələcək dövlət büdcəsində nəzərdə tutulması planlaşdırılır.
Xəbəri paylaş Dostlarınıza göndərin