Leqal xəbər məlumat verir ki, Rusiyanın Başqırdıstan Respublikasında yerləşən “Nurlino” neft boru kəməri stansiyasında yanğın baş verdiyi bildirilib. Məlumata görə, hadisənin dron hücumu nəticəsində baş verdiyi iddia olunur.
Hadisə ilə bağlı hələlik rəsmi səbəb açıqlanmayıb. Rusiya hakimiyyəti isə məsələ barədə geniş şərh verməyib.
Qeyd olunur ki, “Nurlino” stansiyası “Transneft-Ural” sisteminə daxildir və Qərbi Sibir ilə Ural bölgəsindən neft daşınmasında istifadə olunan magistral boru kəmərlərinin fəaliyyətində mühüm rol oynayır.
Sosial şəbəkələrdə yayılan görüntülərdə obyekt ərazisində tüstünün qalxdığı görünür. Hadisənin nəticələri və mümkün zərər barədə əlavə məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.