Yeni xəbərlər burada görünəcək.

Bayram ərəfəsində qiymət artımı

Bayram ərəfəsində bazar və mağazalarda çərəzlərin qiymətində artım müşahidə olunur. Satıcıların sözlərinə görə, xüsusilə fındıq, qoz, badam və digər çərəz növlərində bahalaşma son həftələrdə daha qabarıq hiss edilir. Alıcılar bildirir ki, əvvəllər daha münasib qiymətə aldıqları məhsullar indi xeyli

12 baxış 3 dəq

Bayram ərəfəsində bazar və mağazalarda çərəzlərin qiymətində artım müşahidə olunur. Satıcıların sözlərinə görə, xüsusilə fındıq, qoz, badam və digər çərəz növlərində bahalaşma son həftələrdə daha qabarıq hiss edilir. Alıcılar bildirir ki, əvvəllər daha münasib qiymətə aldıqları məhsullar indi xeyli bahadır. Məsələn, bir müddət əvvəl 15–17 manata satılan fındıq ləpəsi hazırda 27–28 manata təklif olunur. Digər çərəzlərdə də oxşar qiymət artımı qeydə alınır. Satıcılar bahalaşmanı məhsulun topdansatış qiymətinin yüksəlməsi, idxal xərcləri və bayramqabağı tələbatın artması ilə əlaqələndirirlər. Vətəndaşlar isə qiymət artımının ailə büdcəsinə təsir etdiyini və alış zamanı seçimlərini azaltmağa məcbur qaldıqlarını deyirlər. Mütəxəssislər bayram günlərində tələbatın yüksək olması səbəbindən qiymətlərin müəyyən müddət stabil qalacağını, bayramdan sonra isə qismən ucuzlaşma ehtimalının mümkün olduğunu bildirirlər.


Xəbəri paylaş Dostlarınıza göndərin