Yeni xəbərlər burada görünəcək.

BAZARLARIMIZDA ERMƏNİ ŞAFTALISI – CƏMİ 47 QƏPİYƏ…

LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın Armavir vilayətində fermerlər şaftalının alış qiymətinin aşağı salınmasına etiraz olaraq Armavir-İrəvan yolunu bağlayıblar. Xancyan və Aşik kəndlərindən olan bağbanların sözlərinə görə, ixracatçılar şaftalının bir kiloqramı üçün cəmi 100 dram – təxminən 47

18 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın Armavir vilayətində fermerlər şaftalının alış qiymətinin aşağı salınmasına etiraz olaraq Armavir-İrəvan yolunu bağlayıblar.

Xancyan və Aşik kəndlərindən olan bağbanların sözlərinə görə, ixracatçılar şaftalının bir kiloqramı üçün cəmi 100 dram – təxminən 47 qəpik təklif edirlər.

Fermerlər bildiriblər ki, Ermənistan hökuməti ixrac edilən hər kiloqram meyvəyə görə ixracatçılara 250 dram – təxminən 1,17 manat subsidiya vəd edib. Etirazçılar məhsullarını bu qədər aşağı qiymətə satmaq istəmədiklərini və subsidiyanın birbaşa fermerlərə ödənilməsini tələb ediblər.

Fermerlərin iddiasına görə, vasitəçilər sistemi manipulyasiya edərək məhsulu ucuz qiymətə alıb, Gürcüstana ixrac göstərməklə dövlət subsidiyasından yararlana və daha sonra meyvəni utilizasiya edə bilərlər.

Etirazın keçirildiyi əraziyə yerli administrasiyanın rəhbəri gəlib. O, fermerləri yolu açmağa çağıraraq məsələnin İqtisadiyyat Nazirliyində qubernatorun iştirakı ilə müzakirə edildiyini bildirib.

Məmur məhsulun bir hissəsinin quru meyvə istehsalçıları tərəfindən alınacağını, qalan hissəsinin isə ixrac ediləcəyini və ya konservləşdiriləcəyini vəd edib. Bundan sonra fermerlər yolu açmağa razılaşıblar. Onlar problemin həll olunmayacağı təqdirdə yolu müddətsiz bağlayacaqları barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Azərbaycana erməni məhsullarının tədarük edilə biləcəyini açıqlayıb. Bu isə Ermənistan kənd təsərrüfatı məhsullarının, o cümlədən şaftalının Azərbaycan bazarına mümkün idxalı məsələsini gündəmə gətirib.

İqtisadçı Xalid Kərimli bildirib ki, gələcəkdə Ermənistanın Azərbaycana kənd təsərrüfatı və sənaye məhsulları ixrac etməsi real görünür.

Ekspertin fikrincə, sülh müqaviləsi imzalandıqdan sonra iki ölkə arasında qarşılıqlı ticarətin başlaması mümkündür. O hesab edir ki, Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması məhsul bolluğu və əlavə rəqabət yarada bilər.

Kərimli qeyd edib ki, bazarda rəqabətin artması istehlakçılar üçün daha geniş seçim və münasib qiymətlər yarada bilər. Onun sözlərinə görə, erməni şaftalısının Azərbaycana idxalı yerli istehsalçılar üçün də müəyyən çağırış yaradacaq və sahibkarları daha keyfiyyətli, daha münasib qiymətə məhsul istehsal etməyə sövq edə bilər.

Ekspert vurğulayıb ki, sərbəst ticarət və qonşu ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsi həm ölkələrin iqtisadiyyatı, həm də istehlakçılar üçün faydalı ola bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin