Son günlər yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir. Ağırlıq dərəcəsi yüksək olan bu növ qəzaların qarşısının alınması məqsədilə, yük avtomobillərinin sürücülərinə əməl edilməsi həyati əhəmiyyət kəsb edən bir sıra tövsiyələri yenidən xatırladırıq. İlk növbədə sürücülərdən:
* yolda müəyyən edilmiş sürət həddinə əməl etmələri;
* ara məsafəsini düzgün seçmələri;
* ötmə və manevretmə qaydalarına qeyd-şərtsiz əməl etmələri;
* yükün çəki və ölçü parametrlərinin normativ tələblərə uyğunluğunu, onların qablaşdırılması və etibarlı şəkildə bərkidilməsini təmin etmələri;
* nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət etmələri;
* iş və istirahət rejiminə əməl etmələri, yorğun, yuxusuz halda sükan arxasına əyləşməmələri;
* sükan arxasında mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməmələri;
* hərəkət zamanı hava və yol şəraitini nəzərə almaları tələb olunur.