Yeni xəbərlər burada görünəcək.

Belçika millisində ciddi itki: Onana zədə səbəbindən DÇ-2026-nı başa vurdu

LEQAL XƏBƏR verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Məlumata görə, yarımmüdafiəçi ABŞ millisinə qarşı keçirilən DÇ-2026-nın 1/8 final oyununda (4:1) zədələnib. O, qarşılaşmanın 21-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb. Məşhur jurnalist və insayder Fabritsio

11 baxış 3 dəq

LEQAL XƏBƏR verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Məlumata görə, yarımmüdafiəçi ABŞ millisinə qarşı keçirilən DÇ-2026-nın 1/8 final oyununda (4:1) zədələnib. O, qarşılaşmanın 21-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.

Məşhur jurnalist və insayder Fabritsio Romanonun sözlərinə görə, futbolçunun bərpa prosesi 7-8 ay davam edə bilər.

24 yaşlı Onana DÇ-2026-da dörd oyunda meydana çıxıb. O, 2024-cü ildən İngiltərənin "Aston Villa" klubunda çıxış edir və ötən mövsüm komandası ilə birlikdə UEFA Avropa Liqasının qalibi olub.

Xəbəri paylaş Dostlarınıza göndərin