Yeni xəbərlər burada görünəcək.

BENKSİNİN MƏŞHUR ƏSƏRİ

Leqal xəbər məlumat verir ki, Dünyaca məşhur küçə rəssamı Benksinin “Sevgi Zibil Qutusundadır” əsəri incəsənət tarixinin ən diqqətçəkən hadisələrindən biri hesab olunur. Məlumata görə, əsər Benksinin “Şarlı Qız” adlı məşhur işinin xüsusi versiyasıdır. Rəssam tablo yerləşdirilən çərçivənin içinə

14 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Dünyaca məşhur küçə rəssamı Benksinin “Sevgi Zibil Qutusundadır” əsəri incəsənət tarixinin ən diqqətçəkən hadisələrindən biri hesab olunur.
Məlumata görə, əsər Benksinin “Şarlı Qız” adlı məşhur işinin xüsusi versiyasıdır. Rəssam tablo yerləşdirilən çərçivənin içinə gizli parçalayıcı mexanizm quraşdırıb.
2018-ci ildə əsər Londonda keçirilən hərracda 1 milyon funtdan çox məbləğə satıldıqdan dərhal sonra mexanizm işə düşüb və tablo hissə-hissə parçalanmağa başlayıb.
Hadisə dünya mediasında böyük səs-küy yaradıb. Benksinin bu addımı incəsənətin kommersiyalaşdırılmasına etiraz və satira kimi qiymətləndirilib.
Daha sonra yarımçıq parçalanmış əsər yeni adı ilə yenidən məşhurlaşıb və dəyərinin daha da artdığı bildirilib.
Xəbəri paylaş Dostlarınıza göndərin