Yeni xəbərlər burada görünəcək.

BERLİNDƏ HİTLERİN SONUNCU BUNKERLƏRİNDƏN BİRİ SÖKÜLƏ BİLƏR

Almaniyada Adolf Hitlerin dövründən qalan bunkerlərdən birinin sökülməsi ilə bağlı müzakirələr gündəmə gəlib. LEQAL XƏBƏR verir ki, Berlin yaxınlığında yerləşən və nasist Almaniyasının reyxskanselyariyası əməkdaşlarının istifadə etdiyi bunker sökülərək yerində çoxmənzilli yaşayış binaları və

8 baxış 3 dəq
Almaniyada Adolf Hitlerin dövründən qalan bunkerlərdən birinin sökülməsi ilə bağlı müzakirələr gündəmə gəlib.
LEQAL XƏBƏR verir ki, Berlin yaxınlığında yerləşən və nasist Almaniyasının reyxskanselyariyası əməkdaşlarının istifadə etdiyi bunker sökülərək yerində çoxmənzilli yaşayış binaları və ofislərin tikilməsi planlaşdırılır.
Məlumata görə, Hitlerin memarı Albert Şpeer tərəfindən inşa edilən reyxskanselyariya binası İkinci Dünya müharibəsinin sonunda ciddi zərər görüb və 1949-cu ildə dağıdılsa da, bunker bu günədək qalmaqdadır.
Berlinin mənzil məsələləri üzrə senatoru Kristian Gebler bildirib ki, yaşayış layihələrinin həyata keçirilməsi üçün bunkerin sökülməsi məqsədəuyğundur.
Lakin təşəbbüs hamı tərəfindən birmənalı qarşılanmayıb. Tarixçilər və ictimai təşkilatlar bunkerin qorunaraq muzey və memorial kompleksinə çevrilməsini təklif edirlər. Onların fikrincə, bu məkan nasist Almaniyasının tarixini gələcək nəsillərə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbəri paylaş Dostlarınıza göndərin